SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb
19-07-2019, 20:52

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz, sərnişin daşınması 1,4 faiz artıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 27 milyon 603 min 500 manat gəlir əldə edilib ki, bu da bir il öncəki göstəricidən 2,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi, Şərur rayonunun Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Qışlaqabbas, Havuş və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Badamlı və Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb.

Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, Park “V” İdarəetmə Mərkəzinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının əsaslı təmiri davam etdirilir. Bundan əlavə, tələbat nəzərə alınaraq dəmir yolu təsərrüfatına bir ədəd teplovoz gətirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031