SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19-07-2019, 14:30

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən əsas göstərici kimi 2019-cu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon 637 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,9 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031