SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını 30%-ə yaxın artırıb

Azərbaycan Gürcüstana neft və neft məhsullarının ixracını 30%-ə yaxın artırıb
19-07-2019, 11:20

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 97 245, 7 ton neft və neft məhsulları idxal edib.

NAXCİVANXEBERLERİ.COM-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri 53 mln. 707,7 min dollar təşkil edib.

İllik müqayisədə Gürcütanın Azərbaycandan idxal etdiyi neft və neft məhsulları həcm baxımından 21 954, 3 ton və ya 29,1% çoxdur.

Ötən ilin ilk yarım ilində Gürcüstan Azərbaycandan ümumi dəyəri 45 mln. 484,3 min dollar olan 75 291,4 ton neft və neft məhsulları idxal edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031