SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
28-12-2018, 10:14

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu var. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ildə də ailə təsərrüfatlarına dövlət qayğısı davam etdirilib, 14 ailə təsərrüfatına kreditlər verilib, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı məruzəsində bildirib.

Qeyd olunub ki,görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Muxtar respublikada ətraf mühitin, mövcud yaşıllıq zolaqlarının qorunması və artırılması diqqətdə saxlanıb, keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində 473 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 400 mindən çox ağac və gül kolu əkilib.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930