SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir

Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir
18-07-2019, 16:58

Ötən il Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkələr arasında birinci yeri tutub.

Bu barədə “Galt & Taggart” maliyyə və investisiya şirkətinin Gürcüstanın Avto Biznes sektoru üzrə araşdırmasında bildirilib.

Qonşu ölkədən ixrac olunan yeni avtomobillərin 71%-i Azərbaycan, 14,9% Ermənistan, 6,4%-i isə BƏƏ-nin payına düşüb.

2018-ci ildə Gürcüstandan ümumi dəyəri 409 mln. dollar olan avtomobil idxal olunub ki, bunun da 47%-i və ya 190 mln. dolları Azərbaycanın payına düşüb.

Ötən il qonşu ölkənin ixrac etdiyi nəqliyyat vasitələrinin orta dəyərinə gəlincə, ən bahalı avtomobilləri BƏƏ (56,3 min dollar), ən ucuz avtomobilləri isə Ermənistan (3 500 dollar) alıb. Azərbaycan isə bu siyahıda ikinci yeri tutub. Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin orta dəyəri 14,6 min dollar təşkil edib.

Gürcüstandan ən çox ixrac olunan avtomobil markaları arasında birinci yeri “Toyota” (2 878) tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, “Lexus” (677) və “Audi” (130) qərarlaşıb. (Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031