SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb

SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb
17-07-2019, 18:38

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln. kubmetr təbii qaz, 604,6 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.

NAXCİVANXEBERLERİ.COM şirkətin məlumatına əsasən verdiyi xəbərə görə, xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bildirilib ki, bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

Dövr ərzində ölkədən 2 421,574 mln. kubmetr təbii qaz ixrac edilib. Qeyd edilib ki, təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.

Qeyd edək ki, cari ilin I rübündə SOCAR tərəfindən 5,790 mln. tona yaxın xam neft ixrac olunub, qaz ixracı ölkə üzrə artaraq 3,2 mlrd. kubmetr təşkil edib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829