SON DƏQİQƏ

naxcivanxeberleri.com

FAO Azərbaycanda heyvandarlıqla bağlı yeni layihənin icrasına başlayır

FAO Azərbaycanda heyvandarlıqla bağlı yeni layihənin icrasına başlayır
17-07-2019, 12:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda "Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsinin icrasına başlayır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib.

Bildirilib ki, layihə ümumilikdə ölkədə heyvan sağlamlığına, eləcə də insan sağlamlığına, qida təhlükəsizliyinə və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin yaxşılaşmasına töhfə verəcək. Layihə çərçivəsində Milli Referans Laboratoriyasının və 6 regional sınaq laboratoriyasının əməkdaşları, özəl və dövlət qurumlarında fəaliyyət göstərən baytarlar beynəlxalq və yerli mütəxəssislərin müxtəlif sahələrdə (nümunələrin yığılması, daşınması, risk əsaslı nəzarət və xəstəlik hallarının təsbih edilməsi) təlimlərinə cəlb ediləcək. 2020-ci ilə qədər davam edəcək layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərin qarşısının alınması, diaqnostika və erkən təsbiti üçün Azərbaycanın müvafiq qurumlarının potensialının artırılmasıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031