SON DƏQİQƏ

naxcivanxeberleri.com

AZAL bu il Gürcüstana 52 minə yaxın sərnişin daşıyıb

AZAL bu il Gürcüstana 52 minə yaxın sərnişin daşıyıb
17-07-2019, 11:40

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 51 927 sərnişin daşıyıb.

NAXCİVANXEBERLERİ.COM un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.

Hesabat dövründə şirkətin Gürcüstanın mülki aviasiya bazarındakı payı 2% təşkil edib.

Ümumilikdə isə bu ilin I yarısında xarici aviaşirkətlər Gürcüstana, 2 159 047 sərnişin daşıyıb. Bu baxından I yeri 348 850 sərnişinlə Macarıstanın aşağı büdcəli “Wizz Air” şirkəti tutub. Onun Gürcüstan bazarındakı payı 14% təşkil edib. II yerdə “Gürcüstan Hava Yolları” şirkəti (260 774 sərnişin), III yerdə isə “Türk Hava Yolları” şirkəti (255 066 sərnişin) qərarlaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031