SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yarım ilin yekunları müzakirə edilib

Yarım ilin yekunları müzakirə edilib
17-07-2019, 11:15

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, 2019-cu ilin birinci yarım ilində iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrin inkişafı, məşğulluğun səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Qeyd olunub ki, bəhs olunan dövrdə Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin, 2 yaşayış binasının, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye Qaz Anbarı və Qazdoldurma Stansiyasının, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin, 200 yerlik 2 nömrəli körpələr evi – uşaq bağçasının tikintisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin inzibati binasının, 2 yaşayış binasının, Naxçıvan şəhərdaxili avtomobil yollarının, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb. Hazırda Əlahiddə Ümumqoşun Ordu üçün mərkəzi hərbi xəstəxananın, hərbi zavodun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, 400 yerlik avtomobil parkının, Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının, 5 nömrəli tam orta məktəb binasının, Cəmşid Naxçıvanskinin ev-muzeyinin, məscidin, 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, Yusif Küseyr oğlu türbəsinin bərpası, Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir.

İcra Hakimiyyətinin başçısı bildirib ki, 2019-cu ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 390 milyon 875 min 100 manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin dəyəri 3 faiz artaraq 378 milyon 977 min 400 manat təşkil edib.
Diqqətə çatdırılıb ki, bəhs olunan dövrdə Naxçıvan şəhərində 404 milyon 915 min 400 ma­­natlıq sənaye, 3 milyon 813 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Əvvəlki illərdə olduğu kimi, strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafı bu il də diqqətdə saxlanılıb. Belə ki, cari ilin məhsulu üçün ötən ilin payızında 2095 hektar sahədə əkin aparılıb.
Vurğulanıb ki, hər il olduğu kimi, 2019-cu ildə də Naxçıvan şəhərinin yerli büdcəsi subsidiyasız planlaşdırılıb. Cari ilin birinci yarım ilində 7 milyon 804 min 100 manat plana qarşı, 8 milyon 192 min manat vəsait toplanıb ki, bu da plana 105 faiz əməl olunması deməkdir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 8 fevral tarixli “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 8,1 hektar yeni meyvə bağı salınıb, 11 hektarda bərpa işləri aparılıb.
Sosial-humanitar sahədəki inkişaf haqqında danışan Mirsənani Seyidov qeyd edib ki, əhalinin müdafiəsini təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənişlərinə 27 milyon 440 min 282 manat, sosial sığorta ödənişinə isə 561 min 322 manat vəsait ödənilib. Cari ilin 6 ayında Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud 4 nəfərə mənzil, 34-nə köməkçi reabilitasiya vasitələri, 23 nəfərə əlil arabası, 5 nəfərə eşitmə aparatı verilib.
Bildirilib ki, cari ilin birinci yarım ilində Naxçıvan şəhərində müxtəlif idman növləri üzrə 30 muxtar respublika çempionatı, turniri və birinciliyi, 36 Naxçıvan şəhər turnir və birincilikləri keçirilib. Bu il Naxçıvan şəhəri 3 beynəlxalq yarışa ev sahibliyi edib. 2019-cu ilin birinci yarım ilində Naxçıvan şəhərindən 155 idmançı beynəlxalq, Azərbaycan, 228-i isə muxtar respublika yarışlarının qalibi olub.
Çıxışının sonunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında yerli icra hakimiyyəti orqanlarının da qarşısına qoyulmuş vəzifələrə toxunan İcra Hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, ailə təsərrüfatlarının inkişafı ilə bağlı yeni təkliflər hazırlanmalı, qabaqcıl ailə təsərrüfatlarının təcrübələri yayılmalı, bu təsərrüfatlarda istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməlidir.
Sonra çıxışlar olub.


Əli CABBAROV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031