SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
16-07-2019, 19:44

İyulun 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105013756 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000 faiz) və 101.837 AZN (6.9997 faiz) olan 29 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.6378 (7.6500 faiz), orta ölçülmüş qiyməti 100.8307 (7.5447 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 161 min 100 AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031