SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Küveyt arasında yeni aviareys açılır

Azərbaycanla Küveyt arasında yeni aviareys açılır
12-07-2019, 18:46

“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.

NAXCİVANXEBERLERİ.COM “İnterfax” agentliyinə istinadən xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031