SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində  kollegiya iclası keçirilib
12-07-2019, 13:19

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.CM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində cari ilin birinci yarsının yekunlarına həsr olunmuş kollegiya iclasını Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov açıb.

Bibirilib ki, 2019-cu ilin 6 ayı ərzində müxtəlif məsələlərlə əlaqədar müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri keçirilmiş, şöbələrin, struktur bölmələrinin illik iş planları təsdiq edilmiş, kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar vəzifələr müəyyənləşdirilmişdir. Kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin etmişdir. Qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olmuşdur.
Qeyd olunub ki, ötən dövr ərzində Nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsi tərəfindən kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə muxtar respublikaya dərman preparatları gətirilmiş, pulsuz olaraq yerli icra hakimiyyəti və bələdiyyələr vasitəsilə sahibkarlara çatdırılmış, payız əkinlərində müşahidə edilən gəmiricilərə qarşı mübarizə məqsədilə müraciət edən vətəndaşlara dərman preparatları verilmişdir. Preparatlar verilərkən hər bir rayonda tarla seminar müşavirələr keçirilmiş, mülkiyyətçilər bitkiçilikdə kimyəvi maddələrdən istifadə qaydaları istiqamətində maarifləndirilmişdir.
Muxtar respublikada taxıl sahələrində müşahidələr aparılaraq alaq otlarına qarşı 8012 hektardan artıqsahədə kimyəvi mübarizə işləri təşkil edilmiş, meyvə və üzüm bağlarında fiziki və mexaniki mübarizə tədbirləri haqqında sahibkarlara ətraflı məlumatlar verməklə yanaşı, onlara çoxillik ot-yonca sahələrində zərərverici olan Fitonomusun yayılma arealının müşahidə edilərək ona qarşı kimyəvi mübarizə işinin təşkil edilməsi haqqında məsləhətlər verilmişdir.
Torpaqların münbitliyini artırmaq məqsədilə 2019-cu ilin əvvəlində “Araz” EİB-nin aid şöbəsi tərəfindən rayonlar üzrə gübrə tələbatı müəyyən edilmişdir. Əkilib-becərilən bitkilərdən yüksək və keyfiyyətli məhsul götürülməsi, payızlıq və yazlıq əkinlərin üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnməsi haqqında fermer və torpaq mülkiyyətçilərinə televiziya və mətbuat vasitəsi ilə ətraflı məlumatlar verilmişdir.
Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin laboratoriyasında 250 ton kartof, 42,6 ton arpa, 2,5 ton müxtəlif ot, 8 ton qarğıdalı, 0,3 ton günəbaxan, 0,2 ton tərəvəz, 0,35 ton bostan, 0,4 ton paxlalı, 0,5 ton xaşa, 0,42 ton şənbəllə toxum nümunələri götürülərək analiz olunmuş, torpaq mülkiyyətçilərinə nəticə aktı təqdim edilmişdir.
Qəbul edilmiş Dövlət Proqramlarına uyğun olaraq, kartof əkininin mütəşəkkil həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və torpaq sahibkarları tərəfindən muxtar respublikaya keyfiyyətli toxumluq kartof gətirilərək əkinlər həyata keçirilmişdir.
Muxtar respublikada damazlıq və süni mayalanma işlərinin yenidən qurulması, onun bazasının möhkəmləndirilməsi mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olmuşdur. Həyata keçrilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövrü ərzində süni yolla mayalandırılmış inəklərdən 5095 baş cins bala alınmışdır.
2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılmışdır ki, bu da 2018-cı ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.
Görülmüş işlərin nəticəsidir ki, cari ilin 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 133 milyon 451 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.
Sonda məruzə ətrafında çıxışlar olub.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031