SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı rəsədxanadan AÇIQLAMA

Ölkədə geomaqnit qasırğanın səviyyəsi ilə bağlı rəsədxanadan AÇIQLAMA
11-07-2019, 22:55

Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-a Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub.

Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.

Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.

Proqnoz dövründə (11-12 iyul) geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031