SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Ukraynaya 156 mln. dollarlıq xam neft ixrac edib

Azərbaycan Ukraynaya 156 mln. dollarlıq xam neft ixrac edib
10-07-2019, 13:50

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Ukraynaya 159,99 mln. ABŞ dolları dəyərində xam neft ixrac edib.

NAXCİVANXEBERLERİ.COM-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, Ukraynanın bu ilin 6 ayı ərzində idxal etdiyi neftin 96,83%-nə bərabərdir.

Bu ilin ilk yarım ilində Ukrayna ümumilikdə neft idxalını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% və ya 96,8 min ton azaldaraq 319,698 min tona çatdırıb. Məbləğ nisbətində Ukraynanın idxal etdiyi neftin dəyəri 165,2 mln. dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk yarım ili ilə müqayisədə 27,3% azdır.

Bu dövr ərzində Ukrayna Qazaxıstandan 2,596 mın. dollar (1,57%), Latviyadan 2,321 mln. dollar (1,4%), digər ölkələrdən isə 0,327 mln. dollar (0,2%) məbləğində neft idxal edib.

Ukraynanın əsas neft idxalçısı “Ukrtatnafta” şirkəti olub ki, onun da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi mövcuddur.

Qeyd edək ki, 2018-ci il ərzində Ukrayna ümumilikdə dəyəri 431,7 mln. dollar təşkil edən 766,6 min ton həcmində neft idxal edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31