SON DƏQİQƏ

naxcivanxeberleri.com

Batumidə “Şərq tərəfdaşlığı” üzrə I İnvestisiya Forumu keçiriləcək

Batumidə “Şərq tərəfdaşlığı” üzrə I İnvestisiya Forumu keçiriləcək
5-07-2019, 19:34

Gürcüstanın Batumi şəhərində iyulun 11-də “Şərq tərəfdaşlığı” üzrə I İnvestisiya Forumu keçiriləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Forumun açılışında Gürcüstanın baş naziri Mamuka Baxtadze və Estoniyanın hökumət başçısı Yuri Ratas iştirak edəcəklər.

Tədbirdə 400-dən çox nümayəndənin iştirakı gözlənilir.

Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Azərbaycan, Belarus, Ermənistan, Ukrayna və Moldovanın yüksək vəzifəli şəxsləri, investisiya agentlikləri və beynəlxalq təşkilatların nümayəndələri, iri biznesmenlər, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində energetika, infrastruktur, kənd təsərrüfatı, ticarət və digər əhəmiyyətli sektorlara aid sessiyalar keçiriləcək. Tədbirin məqsədi Gürcüstan və “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrə Avropadan daha çox investisiyaların cəlb olunmasıdır. (Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30