SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR Ukraynanın Dövlət Ehtiyat Agentliyi üçün 3,5 min ton A-92 benzini tədarük edəcək

SOCAR Ukraynanın Dövlət Ehtiyat Agentliyi üçün 3,5 min ton A-92 benzini tədarük edəcək
3-07-2019, 16:30

Ukraynanın Dövlət Ehtiyat Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətini uzun müddət (3 il) saxlamaq üçün 3,5 min ton həcmində A-92 markalı benzinin tədakü ilə bağlı elan etdiyi tenderin qalibi seçib.

NAXCİVANXEBERLERİ.COM-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “ProZorro” ticarət sisteminin məlumatında dərc edilib.

Tender sənədləşməsində SOCAR üç istehsalçını – Kremençuq, Şebelinsk və Mozır neft emalı zavodlarının adlarını qeyd edib.

Hərracda şirkət bir ton benzin üçün 34 349 qrivna qiyməti ilə qalib gəlib. Onun bu hərracda yeganə rəqibi “Treyd Kommodiyi” şirkətinə daxil olan “Qazstrim” şirkəti olub. Bu şirkət həmin məhsulu 34 350 qrivna/ton qiymətinə təklif edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31