SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın "Paying Taxes 2019" vergitutma reytinqində mövqeyi xeyli yaxşılaşıb

Azərbaycanın
26-12-2018, 10:30

Azərbaycan "Paying Taxes 2019" vergitutma reytinqində 28-ci yeri tutub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə böyük konsaltinq şirkətləri şəbəkəsi olan "PwC"nin mütəxəssislərinin Dünya Bankı ilə birgə apardığı araşdırmada qeyd olunur.

Araşdırmaya əsasən, Azərbaycanın ümumi vergi dərəcəsi 40,8 faiz təşkil edir, bu da şirkətin gəlirində vergi və ödənişlərin xüsusi çəkisi deməkdir.

Bununla, Rusiya reytinqdə 53-cü, Qazaxıstan 56-cı, Özbəkistan 64-cü, Ermənistan 82-ci, Tacikistan 136-cı, Qırğızıstan isə 150-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, araşdırma vergi sahəsində bir sıra göstəriciləri nəzərə alır - il ərzində ödənişlərin sayı, vergi qanunvericiliyinə uyğunlaşma üçün lazım olan vaxt, ƏDV sisteminin tətbiqi.

Xatırladaq ki, ötən il Azərbaycan reytinqin 35-ci pilləsində qərarlaşmışdı.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031