SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir müavini: "Sahibkarların investisiya layihələrinə 48 milyon manata yaxın güzəştli kredit verilib"

Nazir müavini:
28-06-2019, 15:00

"Bu ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 176,5 milyon manat olan investisiya layihələrinin maliyyəşdirilməsi üçün 493 sahibkarlıq subyektinə 47,9 milyon manat güzəştli kredit verilib".

NAXCİVANXEBERLERİ.COM- xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun Qaxda keçirilən işgüzar forumunda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 1800-dən çox iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu nəzdində yaradılmış Sahibkarlığın İnkişafı Fondu 2017-ci ildən etibarən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsini indiyədək verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına həyata keçirir.

2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64,3%-i regionların, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

2019-cu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930