SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 8 istehsal sahəsinin yaradılması başa çatdırılıb

Naxçıvanda 8 istehsal sahəsinin yaradılması başa çatdırılıb
25-06-2019, 09:42

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər may ayında da davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu dövrdə heyvandarlıq, istixana təsərrüfatları, soyuducu anbar olmaqla, 8 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Ərzaq məhsullarının istehsalı, soyuducu anbar, balın emalı, ətlik - südlük istiqamətində heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən may ayında heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarının və soyuducu anbar olmaqla, 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilmişdir. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativtexniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir. Bakı şəhərində “Məhsul ixrac edən şirkətlərdə keyfiyyətin idarə edilməsi” mövzusunda keçirilmiş seminarda “F.H.Oğulları” MMC-nin, “Sumqala Tikinti Təchizat” MMC-nin və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələrinin, həmçinin 4 beynəlxalq tədbirdə 10 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30