SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR bu ay Rusiyaya yüksək sıxlıqlı polietilen ixracına başlamağı planlaşdırır

SOCAR bu ay Rusiyaya yüksək sıxlıqlı polietilen ixracına başlamağı planlaşdırır
21-06-2019, 17:00

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ayın sonuna “SOCAR Polymer”in zavodunda istehsal edilən yüksək sıxlıqlı polietilenin Rusiyaya ixracına başlamağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM Rusiyanın “rupec” resursuna istinadən xəbər verir ki, 1,5 ton həcmində məhsulun bu ayın sonuna qədər Rusiya bazarına çatdırılması nəzərdə tutulur. Tədarükü SOCAR-ın törəməsi “SOCAR Rus” həyata keçirəcək.

Məhsulun Rusiyaya nəqli üçün yeni marşrut da seçilib. Belə ki, polietilen Hövsan limanından Həştərxan limanına nəql ediləcək. Bir neçə ay öncə dənizlə “SOCAR Polymer”in digər zavodunda istehsal edilən polipropilenin sınaq nəqli də həyata keçirilib.

"SOCAR Rus”un rəhbəri Fərid Cəfərov bildirib ki, logistika zəncirinin genişləndirilməsi nəqlin maya dəyərini azaltmaq üçün nəzərdə tutulub, çünki quru yolla müqayisədə xüsusi yanacaq xərci və məhsulun kiloqramına enerji sərfi cüzidir: “Beləliklə, biz daha rəqabətədavamlı qiymət təklif etməyə və ümumilikdə, Rusiya bazarında Azərbaycanın polimer məhsullarının qiymətinin cəlbediciliyini artırmağa ümid edirik. “SOCAR Polymer” layihəsi 2013-cü ildən həyata keçiriləndən bəri Rusiya ilə sıx bağlıdır. Onun həyata keçirilməsi “Gazprombank”ın layihə maliyyələşdirməsi sayəsində mümkün olub. Rusiyanın digər şirkəti- "Kriogenmaş" ASC azot istehsalı qurğusunu və maye azotu seysmikdavamlı şaquli rezervuarlarda saxlanmaq üçün unikal sistem hazırlayıb”.

Rusiyaya polipropilenin ixracına isə bu ilin fevral ayında başlanılıb. İndiyədək Rusiyaya 8 min tondan çox polipropilen çatdırılıb.

Xatırladaq ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodu fevralın 18-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "SOCAR Polymer"in investisiya dəyərinin 60%-i Rusiyanın “Qazprombank”ından cəlb edilmiş vəsait hesabına ödənilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31