SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb

Azərbaycanda dizel yanacağının istehsalı 4% artıb
19-06-2019, 18:12

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 256,1 mln. manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azalıb.

Hesabat dövründə ölkədə 499,8 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 4,2% azdır. İyunun 1-i tarixinə 66,9 min ton həcmində hazır məhsul ehiyatı qalıb.

Bu ilin yanvar-may ayları ərzində 136,4 min ton neft-kimya sənayesində istinadə üçün benzin, 254,4 min ton ağ neft, 885,9 min ton dizel yanacağı, 32,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 47,9%, ağ neft istehsalında 2,7%, dizel yanacağının istehsalında 4,2%, yanacaq mazutunun istehsalında 9% artım qeydə alınıb.

Həmçinin, bu ilin beş ayında ölkədə 6,8 min ton sürtkü yağları, 72,8 min ton neft bitumu, 102 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 76,6%, neft bitumunun istehsalı 34,9%, neft koksunun istehsalı 7,4% azalıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031