SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda əmtəəlik qaz hasilatı 40% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 40% artıb
19-06-2019, 18:07

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15 686,3 min ton xam neft hasil edilib.

NAXCİVANXEBERLERİ.COM Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 15 650,8 min tonu əmtəəlik neft olub.

Neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% azalıb.

Hesabat dövründə 14 475,6 mln. kubmetr qaz hasil edilib ki, bunun da 10 083,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin beş ayında qaz hasilatının həcmi ötən ilin beş ayından 22,6%, əməəlik qaz hasilatının həcmi isə 40,4% çox olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930