SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar Respublikada operativ vergi nəzarəti tədbirləri görülür

Muxtar Respublikada operativ vergi nəzarəti tədbirləri görülür
19-06-2019, 15:45

May ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələri əhatə edən 19 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Belə ki, 1 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi, 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, 2 vergiödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 2 vergiödəyicisində isə malların Vergi Məcəlləsi ilə tənzimlənən elektron qaimə-faktura əsasında alınmaması müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə qeyd olunan dövrdə Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılmaların aparılması mütəmadi olaraq davam etdirilib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031