SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: Azərbaycanın ixracatında sənaye sektorunun payı 50 faizi ötüb

Nazir: Azərbaycanın ixracatında sənaye sektorunun payı 50 faizi ötüb
24-12-2018, 16:29

2018-ci il yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” adlı konfrans zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri yaradılıb ki, bunlardan 75 faizi regionların payına düşüb:

“Sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib. Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu investisiyalardan yarısı xarici investisiyaların payına düşür”.

Nazirin sözlərinə görə, investisiyaların 60 faizdən çoxu qeyri-neft sektoruna yerləşdirilib. Hesabat dövründə xarici ticarətin həcmi 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930