SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda yaş barama toplanması 10%-dək artıb

Azərbaycanda yaş barama toplanması 10%-dək artıb
17-06-2019, 16:50

İyunun 16-ı tarixinədək kümçülər tərəfindən 553,88 ton yaş barama təhvil verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, 2018-ci ilin ümumi göstəricisindən 40 ton yaxud 7,78% çoxdur.

Ötən il ölkə üzrə 513,9 ton barama tədarük olunmuşdu. Bu il ən çox barama təhvil verən Zərdab (64,7 ton), Zaqatala (51 ton), Füzuli (49,71 ton), Balakən (37,84 ton) və Şəki (37,3 ton) kümçüləridir. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir.

Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031