SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan qazı Avropaya çatdırılıb

Azərbaycan qazı Avropaya çatdırılıb
17-06-2019, 14:40

“Şahdəniz” qazı iyunun 15-də - Milli Qurtuluş Günündə Avropa sərhədinə çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, “Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də Trans-Anadolu Boru Kəmərinə (TANAP) Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməlidir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031