SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" yoxlama oyununda "Səbail"i məğlub edib

15-06-2019, 21:15

Avropa kuboklarına hazırlaşan "Qarabağ" və "Səbail" futbol komandaları yoxlama oyununda üz-üzə gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Azersun Arena" stadionunda təşkil olunan qarşılaşmada "Qarabağ qələbə qazanıb - 3:1.

İlk qolu 12-ci dəqiqədə Dani Kintana vurub. Baş hakim Rəvan Həmzəzadənin təyin etdiyi penaltidən sonra Kintananın zərbəsini "Səbail"in qapıçısı Kamal Bayramov qaytarıb. İspaniyalı yarımmüdafiəçi topu təkrar zərbə ilə qapıdan keçirib.

23-cü dəqiqədə isə Orxan Qurbanlının ötürməsini Fəhmin Muradbəyli qola çevirərək hesabı bərabərləşdirib.

Birinci hissə bu hesabla da yekunlaşıb. İkinci yarıya Ağdam təmsilçisi daha istəkli başlayıb. Hissənin əvvəllərində Filip Ozobiç komandasını hesabda önə keçirib. Ağdam təmsilçisində üçüncü qolu Tural Bayramov vurub.

"Qarabağ" Azərbaycanı Çempionlar Liqasında, "Səbail" isə Avropa Liqasında təmsil edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031