SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada gənclər arasında "Axtar tap" İntellektual oyunu keçirilib-FOTO

Muxtar respublikada  gənclər arasında
15-06-2019, 16:04

Atcılıq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi və “15 iyun-Milli Qurtuluş Günü” ilə əlaqədar gənclər arasında "Axtar tap" İntellektual oyunu keçirilib.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, oyunun keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazalarını genişləndirərək, həmçinin asudə vaxtlarının səmərəli təşki olunmasıdır. Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Valeh Mahmudov çıxış edərək tədbirin mahiyyəti və oyunun qaydaları haqqqında iştirakçılara məlumat vermişdir. Sonra Gənclər ərazinin müxtəlif yerlərində hazırlanmış suallara cavab taparaq birincilik uğrunda mübarizə aparmışlar. Sonda suallara daha tez cavab verərək “Odərlər” komandası I yerə, “Uğur” komandası II yerə, “Ümid” komandası III yerə çıxmışdır. Oyunun sonunda I yeri tutmuş komandaya Gənclər və İdman Nazirliyi tərəfindən kubok, digər komandalara və komanda üzvlərinə diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. Oyunda Gənclər və İdman Nazirliyinin sosial şəbəkəsində qeydiyyatdan keçmiş komandalar iştirak etmişdir. Oyundan sonra Atcılıq İstirahət Mərkəzində gənclər at sürmüş, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının bədii öz fəaliyyət kollektivi tərəfindən təşkil olunmuş konsert proqramında iştirak edərək müxtəlif rəqslər nümayiş etdirmişlər. 100 nəfərə yaxın gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

 Muxtar respublikada  gənclər arasında "Axtar tap" İntellektual oyunu keçirilib-FOTO Muxtar respublikada  gənclər arasında "Axtar tap" İntellektual oyunu keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031