SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Neftçi" Avropa Liqasına hazırlığın Türkiyə mərhələsinə başlayıb

15-06-2019, 15:02

"Neftçi" komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə gedib.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" iyulun 1-dək Topuk yaylası bölgəsindəki "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq. Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-də, 25-də və 30-da baş tutacaq.

Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik müəyyənləşməyib.

Səfər öncəsi klub Rauf Əliyev, Voislav Stankoviç və yarım ildən sonra Cənubi Koreya "Dequ"sundan geri qayıdan Dario Frederikonu transfer edib.

Qeyd edək ki, "Neftçi" xaricdə toplanışa başlayan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar" 2019/2020 mövsümündə də Avropa Liqasında mübarizə aparacaqlar. I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031