SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa- Şahbuz-Ordubad rayonları arasında şahmat üzrə açıq birincilik keçirilib

Culfa- Şahbuz-Ordubad rayonları arasında  şahmat üzrə açıq birincilik keçirilib
14-06-2019, 21:52

Naxçıvan MR Şahmat Federasiyasının Culfa Rayon Bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin və Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə 13 iyun 2019- cu il tarixdə Culfa- Şahbuz-Ordubad Rayon şahmatçıları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə və 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş şahmat üzrə açıq birincilik keçirilmişdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarış başlamazdan əvvəl Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etmiş və şahmatçılara uğurlar arzulamışdır.
Birincilik İsveçrə sistemi üzrə 7 turdan ibarət 50 şahmatçının iştirakı ilə keçirilmişdir.

Yarışda 14 yaşlı şahmatçılar arasında
I yer - Qulamzadə Elcan - Culfa Rayonu
II yer - Hüseynli Vüsal - Culfa Rayonu
III yer - Məhərrəmli Mətləb - Şahbuz Rayonu
12 yaşlı şahmatçılar arasında
I yer - Seyid Hüseyn - Ordubad Rayonu
II yer - Həsənli Uğur - Ordubad Rayonu
III yer - Məhərrəmov Zamin - Şahbuz Rayonu
tutmuşlar.
Qaliblərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr verilmiş və diplomlarla təltif olunmuşlar.


Culfa- Şahbuz-Ordubad rayonları arasında  şahmat üzrə açıq birincilik keçirilib
Culfa- Şahbuz-Ordubad rayonları arasında  şahmat üzrə açıq birincilik keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930