SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib

Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib
14-06-2019, 19:43

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, bodibildinq idman növünə olan marağı daha da gücləndirmək məqsədilə məşqçi və idmançılar üçün seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən color=#FF0000NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Şərur rayon Ağır Atletika bölməsində keçirilən seminara muxtar respublikanın perspektivli ağır atletləri, məşqçi­müəllimləri qatılıblar. Seminarda Bakı şəhərindən dəvət olunmuş Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı, Arnold Şvartsneqerin kubok verdiyi azərbaycanlı idmançı Vüqar Verdiyev iştirak edib.
Seminarda çıxış edən Gənclər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, ağır atletika üzrə məşqçi-müəllim Şəfi Hüseynov keçirilən seminar barədə məlumat veriblər. Qeyd edilib ki, hər il məşqçi və idman müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq seminarlar, təlimlər təşkil olunur. Bu da ağır atletika sahəsində yeni-yeni nailiyyətlərin əldə olunması məqsədi daşıyır. Cari ilin əvvəlində təsdiq edilmiş təqvim planına əsasən məşqçilər və idman müəllimlərinin iştirakı ilə keçirilən seminar da bu sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Keçirilən seminarların əhəmiyyəti barədə danışan Vüqar Verdiyev bildirib ki, ağır atletlər istənilən yarışa hazırlıq mərhələsini planlı şəkildə aparılmalıdır. Mütəxəssis vurğulayıb ki, məşqlərdə yük düzgün bölünməli, məşqçilər buna diqqət yetirməlidirlər. Bununla yanaşı, yuxu, istirahət, qidalanmaya xüsusi nəzarət edilməli, növbəlilik, mütəmadilik, intizamlılıq prinsiplərinə riayət edilməlidir. Mütəxəssisin sözlərinə görə, yarışaqədərki hazırlıq və onun düzgünü qurulması yarışlardakı uğur ehtimalını dəfələrlə artırır. Eyni zamanda, bu, insanda ideal bədən quruluşu formalaşdırır.
Sonra məşqçi-müəllimlərə və idmançılara bu növün sirləri barədə geniş məlumat verilib.
Sonda diskussiya olub, suallar cavablandırılıb.
Qeyd edək ki, ağır atletlərin bilik və savadlarının, həmçinin ixtisasının artırılması istiqamətində planlı şəkildə həyata keçirilən seminarlar sabah Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri, Turan Döyüş Klubunda isə praktiki olaraq davam etdiriləcək.



Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib
Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib
Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib
Muxtar respubilkada məşqçi və idmançılar üçün seminar keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031