SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanlı velosipedçi MDB məkanında ilkə imza atıb-FOTO

Azərbaycanlı velosipedçi MDB məkanında ilkə imza atıb-FOTO
1-02-2023, 19:47

Azərbaycanlı velosipedçi Ramil Ziyadov MDB məkanında ilkə imza atıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, dünyanın bir çox ölkəsini velosipedi ilə gəzən səyyah daha bir rekordu yeniləyib.

O, bu dəfə Avrasiya qitəsinin ən uzun yolunu gedib. Ramil Ziyadov Sargesdən (Portuqaliya) Maqadana (Rusiya) 15 050 km-lik məsafəni qət edib.

Səyyah sosial şəbəkə vasitəsilə bununla bağlı təəssüratlarını bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Avrasiya qitəsinin ən uzun sayılan Sarges-Maqadanı yolunu keçdim və MDB ölkələri arasında ilkə imza atdım”.

Qeyd edək ki, Ramil Ziyadov 2013-cü ilin mayından velosipedi ilə dünya səyahətinə çıxıb.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031