SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla təmsil olunur-FOTO

Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla təmsil olunur-FOTO
13-06-2019, 15:30

31 may - 8 iyun tarixlərində Rumıniyanın Mamaia şəhərində keçirilən və 20 ölkədən 445 şahmatçının qatıldığı 7, 9, 11, 13, 15 və 17 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə məktəblilər arasında Avropa çempionatı başa çatıb. Avropa çempionatında Naxçıvanı təmsil edən 9 yaş oğlanlar qrupunda Məmmədli Əli 5,5 xalla 12-ci pillədə, 11 yaş oğlanlar qrupunda Qəbulov İlkin 5,5 xalla 14-cü pillədə, 15 yaş qızlar qrupunda Babayeva Nəsrin 4 xalla 12-ci pillərə və 17 yaş oğlanlar qrupunda Məmmədov Sadiq 6,5 xalla 3-cü pillədə turniri uğurla başa vurub. Yarışda ilk dəfə çıxış etmələrinə baxmayaraq Naxçıvan şahmatçılarından Sadiq Məmmədov III yerə çıxıb. Qeyd edək ki, II yerlə eyni xalı toplamış şahmatçımız yalnız əmsal fərqi ilə III yerə çıxıb və muxtar respublikaya bürünc medala qayıdıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə bu məqsədlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov qeyd edib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər Naxçıvanda böyük inkişaf yolu keçən şahmat sahəsində böyük nailiyyətlər əldə edilir. Bildirilib ki, göstərilən dövlət qayğısı da şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açır. Muxtar respublikanın bütün məktəblərində şahmatın tədris olunması, şahmat məktəblərinin fəaliyyət göstərməsi Naxçıvanda dünya əhəmiyyətli şahmatçıların yetişməsi üçün əsaslı zəmin yaradıb. Naxçıvanın beynəlxalq şahmat mərkəzinə çevrildiyini diqqətə çəkən – Seymur Talıbov vurğulayıb ki, artıq naxçıvanlı şahmatçılar beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində yüksək nəticələr əldə edirlər. Qeyd edilib ki, şahmat idman növü olmaqla yanaşı, həm də uşaqların zehni inkişafında da mühüm rol oynayır. Federasiya sədri müəllimləri yaradılan hərtərəfli şəraitdən bəhrələnməyi, yarışlara daha ciddi və səylə çalışmağı tövsiyyə edib.
Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev və mərkəzin digər müəllimlər muxtar respublikada bu zəka oyununun inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirib, hətta xarici ölkələrdə belə qatıldıqları şahmat yarışlarında Naxçıvanda olan şəraitin olmadığını vurğulayıblar. “Qazanılan qələbə yaradılan şəraitin onda biri deyil” - deyən Emin Hacıyev bundan sonrakı yarışlarda həm müəllimlər, həm də şagirdlərin daha böyük səylə, məsuliyyətlə çalışacaqlarına əminliyini ifadə edib. Sonda Federasiya sədri şahmatda uğur qazanan şagirdləri və onların uğurunda bilavasitə əməyi olan müəllimləri mükafatlandırıb.
Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla təmsil olunur-FOTONaxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla təmsil olunur-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930