00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
FHN-in karateçiləri növbəti uğurlara imza atıblar-FOTO
20-22 yanvar 2023-cq il tarixlərində Bakı İdman sarayında Azərbaycan Milli Karate Federasiyası və Arpaçay karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 7ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, turnirdə 6 ölkə (Azərbaycan, Rusiya, Küveyt, Qazaxıstan, Özbəkistan, Çexiya) olmaqla 650-dən çox idmançı mübraizə apararaq öz qüvvəsini sınayıb. Yarışda 30 idmançı ilə təmsil olunan FHN-nin İdman-sağlamlıq klubunun karate komandası məşqçi müəllimlər Coşqun Sadıqov, Bilal Məmmədov və Akif Kərimovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.
Belə ki, kumite yarışlarında qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq və yeniyetmələrdan ibarət idmançıları +40 kq çəki dərəcəsində Malik Məmmədli, -45 kq çəki dərəcəsində Sadiq Bağırov, -52 kq çəki dərəcəsində Əli Səfərov yarışın qızıl, -42 və -47 kq çəki dəərəcələrində Fatma Hacıyeva, -40 kq çəki dərəcəsində Zeynal Məmmədzadə, -30 kq çəki dərəcəsində Nəzrin Şahməmmədli yarışın gümüş, -25 kq çəki dərəcəsində Ramal Şahməmmədli, -30 kq çəki dərəcəsində Sahil Nurəliyev, -61 kq çəki dərəcəsində Mədinı Baratzadə və +70 kq çəki dərəcəsində Əli Ramazanlı yarışın bürünc medalının sahibi olublar.
Bundan əlavə böyüklər arasında kumite yarışlarında -75 kq çəki dərəcəsində Nicat Kərimli, -84 kq çəki dərəcəsində Ehram Quliyev yarışın qızıl medalını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. +84 kq çəki dərəcəsində Ehram Quliyev gümüş, -60 və +60 kq çəki dərəcələrində isə Mərhəmət Qasımov yarışın bürünc medalına yiyələniblər. Turnirdə ümumilikdə FHN-nin karate komandası 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Arpaçay karate klubunun diplom və medalları təqdim olunub.
24 yanvar 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-nin karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.