00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib.
Qeyd olunub ki, təxribatçı addımlara görə, tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib: “Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törədib və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd edib. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb”.
Bəyanatda əlavə olunub ki, Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.