SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan karateçiləri ənənəvi turnirdə uğur əldə edib-FOTO

Naxçıvan karateçiləri ənənəvi turnirdə uğur əldə edib-FOTO
23-01-2023, 18:00

Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VII “Arpachay Open” beynəlxalq karate turniri keçirilib. Turnir çərçivəsində kata və kumite turnirlərində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər eləcə də böyüklər və veteranlar mübarizə aparıb, həmçinin karateçilər fərdi və komanda çıxışlarında iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan idmançıları da medallar uğrunda mübarizə aparıb, uğurlu nəticələr əldə ediblər. Təmsilçilərimizdən ən yaxşı nəticə 10-11 yaşlılar arasında çıxış edən Nizami Orucova məxsusdur. O, iki fərqli çəki dərəcəsində də (30kq, 35 kq)  qızıl medal qazanıb. Yusif Orucov bir qızıl və bir gümüş, Xədicə Bayramova bir qızıl medal əldə ediblər. Həşim Nağızadə ikinci, Saleh Qənbərov, Aysu Abbasova, Uğur Zeynallı, Məlahət Həşimli, Yusif Tağıyev və Elton Həsənov üçüncü olublar. Bu nəticələrlə Naxçıvan karateçiləri yarışı 4 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıblar.
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031