SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq respublika turniri keçirilib

Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq respublika turniri keçirilib
13-06-2019, 09:15

Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmə və azyaşlılar arasında açıq respublika turniri keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının, Azərbaycan Mətbuat Şurasının və “Olimpsport” jurnalının birgə təşkilatçılığı ilə keçirilən yarışda 200-dək idmançı qüvvəsini sınayıb.

Turnirin təşəbbüskarı, güləş üzrə Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev yarış haqqında təəssüratlarını bölüşərək deyib: “Bu yarışı keçirmək çoxdankı arzum idi. Çünki Mübariz İbrahimovun qəhrəmanlığını təbliğ edib yaşatmaq hər bir azərbaycanlı kimi mənim də borcumdur. Əslində bu turniri beynəlxalq səviyyədə keçirmək niyyətində idik. Maddi vəziyyətlə bağlı hələ ki respublika səviyyəsində keçirmək qərarına gəldik. Bu, həm də bizim üçün test xarakteri daşıyır. Əsas odur ki, ənənənin təməlini qoyduq. Məqsədimiz yeniyetmələrimizin mübariz ruhlu yetişməsi və güləşin kütləviliyini artırmaqdır. Ümid edirəm ki, gələn il bu yarış federasiyanın təqvimində yer alaraq daha geniş miqyasda keçiriləcək”.

Yarışa marağın böyük olduğunu vurğulayan turnirin təşəbbüskarı bildirib ki, paytaxtla yanaşı, bölgələrdən ondan çox komanda mübarizə aparıb. O, yarışın təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Güləş Federasiyasına və Mətbuat Şurasına minnətdarlığını bildirib.

Turnirin açılış mərasimində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qaliblər diplom və medallarla təltif olunublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930