SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"dan ayrılan futbolçu Polşa klubu ilə müqavilə bağlayıb

12-06-2019, 12:45

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşanın "Visla" (Plotsk) klubuna keçib.

NAXCİVANXEBERLERİ.COM "göy-ağlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə bir illik müqavilə bağlanılıb. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"da ötən iki mövsüm ərzində forma geyinib. Bu müddətdə təcrübəli futbolçu 46 oyuna 1 qol vurub. Əvvəllər isə Jezniçak Varşava "Legiya"sında 13 il çıxış edib və 5 çempionluq, 6 kubok və 1 Superkubok qazanmaqla, klubun ən titullu oyunçusuna çevrilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930