SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan velosipedçisi Belçikadakı yarışda birinci olub

Azərbaycan velosipedçisi Belçikadakı yarışda birinci olub
11-06-2019, 14:30

"Bakı 2019" Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycanın 17 yaşadək velosipedçi oğlan və qızlardan ibarət yığma komandalarının üzvləri Belçikada hazırlıq prosesini davam etdirir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində idmançılar bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparır.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komanda Bertem şəhərində keçirilən beynəlxalq yarışda yaxşı nəticə göstərib.

Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilər 40 km məsafəyə qrup ötüşməsi zamanı komanda işi sərgiləyərək Sıtovun finiş xəttini 1-ci keçməsinə şərait yaradıblar.

Qeyd edək ki, EYOF 21 - 27 iyulda Bakıda keçiriləcək. Velosiped idmanında iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930