SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək
11-06-2019, 09:10

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığması ilə üz-üzə gələcək.

"Bakcell Arena"da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.

Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb. Beləliklə, rəqib Bakıya 3 qapıçı, 20 meydan oyunçusu ilə gəlib.

Azərbaycan yığmasından isə öncədən komandaya çağırılan Eddi İsrafilov zədəlidir.

Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.

Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki matça sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.

AVRO-2020, seçmə mərhələ, IV tur

11 iyun

20:00. Azərbaycan - Slovakiya

Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson

"Bakcell Arena"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930