SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisinin baş məşqçisi: "Yaxşı nəticə üçün mübarizə aparacağıq"

Azərbaycan millisinin baş məşqçisi:
10-06-2019, 18:52

"Rəqib çox yaxşı və maraqlı komandadır. İki oyun arasında çox az vaxt oldu. Birinci matçda Macarıstana uduzduq və məyus olduq. Yaxşı hazırlaşmışıq. Komanda ilə söhbətimiz də olub. Çətin oyun olacaq. Aparıcı klublarda çıxış edən futbolçuları var. Buna baxmayaraq, qarşılaşma bizim üçün çox önəmlidir. Hər kəs sabahkı matçı gözləyir."

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis azarkeşlərin sosial şəbəkələrdə komandanın nəticələrinə etiraz etməsinə münasibət bildirib: "Bu barədə məlumatım yoxdur. Komanda çalışacaq ki, əlindən gələni etsin. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Xorvat məşqçi Macarıstana 1:3 hesabı ilə uduzduqları görüşdən sonra AFFA prezidenti Rövnəq Abdullayevlə görüşmədiyini deyib: "Bəlkə, bu matçdan sonra görüşəcəyik. Son iki oyunu təhlil edəcəyik".

Yurçeviç sabahkı matçda müsbət nəticəyə ümid etdiyini vurğulayıb: "Biz əvvəlki matçda pis oynamadıq. İstənilən kollektivə qarşı oynamaq olar. Hər oyunda xal və xallar qazanmağa cəhd göstərəcəyik. Oyunçular hər zaman tam şəkildə əllərindən gələni edir. Onları tənqid edə bilmərəm. Hər komandanı fərqli təhlil edirik. Çox optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik".

Xorvat mütəxəssis Macarıstana qarşı məğlubiyyəti təhlil etdiyini söyləyib: "Bəzi razı qaldığım məqamlar var idi. Son 30 metrdə isə təhlükəli deyildik. Standart vəziyyətlərə də hazırlaşmışdıq, belə epizodda qapımızda qol gördük. Biz üç gündən sonra növbəti matçı keçirəcəyik. Azərbaycan komandası buna öyrəşməyib. Zədəli futbolçular yoxdur. Oyunçuların fiziki durumunu izləyəcəyəm. Qət edilən məsafəyə görə Macarıstandan geri qalmadıq. Sadəcə, nəticə qazana bilmədik. Mən 40 ildir ki, futbolun içindəyəm. Hər kəs mübarizə aparan komandanı sevir. Meydanda rəqibi də nəzərə almaq lazımdır. Onların güclü oyunu işi daha da çətinə salır".

Baş məşqçi son görüşdə qapıya kifayət qədər zərbə vura bilmədiklərini deyib: "Oyunçular məşqdə qapıya zərbə vursalar da, oyunda bunu edə bilmirlər".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031