SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Neftçi" klubu növbəti futbolçu transferini gerçəkləşdirib

10-06-2019, 20:42

“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

NAXCİVANXEBRERLERİ.COM klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Rauf Əliyevlə 1 illik müqavilə bağlayıb. 30 yaşlı hücumçu yeni komandasının heyətində 19 nömrəli formanı geyinəcək.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930