SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ikinci oyununu keçirəcək
8-06-2019, 09:10

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020 seçmə mərhələsində növbəti oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.

Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.

Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.

AVRO-2020, Seçmə mərhələ, III tur

8 iyun

20:00. Azərbaycan - Macarıstan

Baş hakim: Kevin Blom Baş hakimin köməkçiləri: Bas van Dongen, Johan Balder Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)

"Bakcell Arena"

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031