00:00 - Günün qoroskopu - 28.01.2023
23:45 - Azərbaycan İsrailə başsağlığı verib
23:38 - Rusiya sülhməramlılarına aid daha 13 avtomobil Laçın yolundan keçib
23:27 - İsveç XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik"
23:22 - Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib
23:18 - Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib
23:14 - Ukrayna MN Rusiya komandanlığının öz hərbçilərinin meyitini yandırdığını açıqlayıb
23:09 - İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib
23:05 - ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb
23:00 - Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib
22:55 - Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib
22:44 - Zelenski “tank koalisiyası”na qoşulan ölkələrin sayını açıqlayıb
22:33 - Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının videogörüşü olub
22:26 - Rumıniya XİN: "Azərbaycan səfirliyinə silahlı hücum edənlər məsuliyyətə cəlb edilməlidir"
22:22 - Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
I Divizion: “Araz-Naxçıvan” səfərdə qələbə qazanıb
Futbol üzrə Azərbaycan I Divizionunun XIII turu çərçivəsində “Araz-Naxçıvan”la “Səbail-2” komandası qarşılaşıb. Görüş Bakı şəhərindəki ASCO Arenada keçirilib.
NAXCİVANXBEERLERİ.COM məlumat verir ki, ilk hissədə üstünlük nümayiş etdirən “Araz-Naxçıvan” rəqib qapısı önündə bir neçə dəfə qol epizodu yaratsa da, tablodakı rəqəmi dəyişə bilməyib.
Oyunun ikinci hissəsi də maraqlı keçib. Kəsərli hücumlarını daha da artıran “qırmızı-ağlar” 54-cü dəqiqədə Bayraməli Qurbanovla hesabı açıb. 16 dəqiqə sonra qonaqlar 2-ci topu “Səbail-2”nin qapısından keçirib. Bayraməli Qurbanov dubl edib. Görüş bu hesabla başa çatıb. “Səbail-2”-“Araz-Naxçıvan” - 0:2.
Qeyd edək ki, “Araz-Naxçıvan” cari çempionatda keçirdiyi 12 oyundan sonra 29 xalla yenidən turnir cədvəlinə başçılıq edir.