SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda badmintonun inkişafına növbəti töhfə-FOTO

Naxçıvanda badmintonun inkişafına növbəti töhfə-FOTO
24-11-2022, 17:01

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, təlim və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanılır.

Azərbaycan Badminton Federasiyası (ABF) ilə qurulan əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq muxtar respublikada badmintonun inkişafına töhfə olacaq növbəti addım atılıb. Belə ki, Dünya Badminton Federasiyasının “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Naxçıvanı əhatə edib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində ABF-nin məşqçiləri Nihadə Həsənova, Ürfan Rzabəyli və Kərim Musayev tərəfindən keçirilən təlimə muxtar respublikanın şəhər və rayonlarından ümumilikdə 80 məktəbli cəlb olunub. İki günlük təlim zamanı iştirakçılara nəzəri və praktiki biliklər aşılanacaq.

Qeyd edək ki, təlim Dünya Badminton Federasiyası (BWF), Azərbaycan Milli Olimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi isə ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031