SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020-nin final mərhələsində iştirak edəcək milli komandaların mükafatları açıqlanıb

AVRO-2020-nin final mərhələsində iştirak edəcək milli komandaların mükafatları açıqlanıb
22-12-2018, 11:46

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ümumi məbləğ 371 milyon avro təşkil edəcək.

Avropa çempionatında iştirak üçün pul mükafatı ötən turnirlə müqayisədə 23 faiz artırılıb. 2016-cı ildə Fransada keçirilmiş yarışda mükafat fondu 301 milyon avro olub.

Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma komandanın hər biri ən azı 9.25 milyon avro alacaq. Komandalar qrup mərhələsində qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro qazanacaqlar.

1/8 finala yüksələn komandalara 2 milyon, 1/4 finalçılara 3.25 milyon, yarımfinala vəsiqə qazananlara isə 5 milyon avro ödəniləcək. Avropa çempionatının qalibi 10 milyon, finalçı isə 7 milyon avro qazanacaq. AVR0-2020-nin qalibi bütün oyunlarını qələbə ilə başa vursa, 34 milyon avro əldə edəcək.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930