SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əliyev qardaşlarından növbəti uğur-FOTO

Əliyev qardaşlarından növbəti uğur-FOTO
21-11-2022, 22:00

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Bakıda Universal Boks Təşkilatının (UBO) orta-ağır çəki dərəcəsində dünya kəməri uğrunda döyüş keçirilib. Bu münasibətlə peşəkar boks gecəsi təşkil olunub. Tədbirdə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.
Milli komandanın üzvləri, Naxçıvan Boks Federasiyasının yetirmələri olan Sərxan və Tayfur Əliyev qardaşları da boks gecəsi çərçivəsində keçirilən döyüşlərdə iştirak ediblər. Tayfur 61 kq-a qədər çəki dərəcəsində Sərxan Əhmədovla mübarizədən qalib ayrılıb. Sərxan isə orta çəki dərəcəsində Xanbala Qurbanovu məğlubiyyətə uğradaraq gecənin qazananlarından olub.
Qeyd edək ki, peşəkar boks gecəsində müxtəlif çəki dərəcələri üzrə 7 döyüş keçirilib. Gecənin əsas döyüşündə - 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türk boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov (79,3 kq) üz-üzə gəliblər. Bərabər keçən döyüşdə zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub. Bununla da Hasan Kubilay Alcu UBO dünya kəmərini qazanıb.
 

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031