SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb

Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb
1-06-2019, 21:32

Azərbaycan milli komandası Macarıstan və Slovakiya ilə AVRO-2020-nin seçmə qrup oyunlarından əvvəl yoxlama matçı keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, rəqib Azərbaycanın U-21 yığması olub. Qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-ci dəqiqədə Dmitri Nazarov penaltidən fərqlənib. 80-ci dəqiqədə Ağabala Ramazanov da penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqə isə Araz Abdullayev fərqi daha da artırıb.

Baş məşqçi Nikola Yurçeviç start heyətdə aşağıdakı "11-liy"i meydana buraxıb..

1. Səlahət Ağayev. 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 3. Şəhriyar Rəhimov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 10. Mahir Emreli, 17. Aleksey İsayev, 13. Dmitri Nazarov, 11. Renat Dadaşov

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. U-21 isə Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930