SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan boksçuları II Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq

Azərbaycan boksçuları II Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq
31-05-2019, 15:50

Kişi boksçulardan ibarət Azərbaycan yığması iyunun 1-də Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli üzvləri Belarusun paytaxtı Minskdə baş tutacaq II Avropa Oyunlarına hazırlığın son mərhələsinə qatılacaqlar. .

15 gün ərzində baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çalışacaq. Toplanış Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə olacaq.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031