SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək

Bu gün “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək
21-09-2022, 11:47

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində təşkil olunacaq. Turnirin açılış mərasimi bu gün saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi baş tutacaq.

Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930